“Qaşıqçı” hadisəsində TRAMP BARMAĞI

Baxış sayı:
2410

Haber7.com-un müəllifi Taha Dağlı bugünkü köşə yazısında, İstanbuldakı Səudiyyə Konsulluğuna daxil olduqdan sonra qeyb olan Səudiyyə jurnalisti Camal Qaşıqçı ilə bağlı diqqət çəkən bir detalı qələmə alıb.
Camal Qaşıqçı Səudiyyə Ərəbistanında arzuolunmaz bir şəxs idi. Bunun səbəbi isə Trampı tənqid etməsi ilə əlaqəli idi.
 
HƏR ŞEY TRAMPI TƏNQİD ETDİYİ GÜN BAŞLAYIB
 
Donald Tramp 8 noyabr 2016-dakı ABŞ Prezident Seçkisində qalib gəlmişdi.
 2 gün sonra Camal Qaşıqçı Vaşinqton İnstitutundakı bir proqrama qoşulmuşdu. Məsələ Tramp dönəmi ilə bağlı idi.
 Qaşıqçı söz alanda Səudiyyə Ərəbistanı rəhbərliyinin Trampa diqqət etməsi lazım olduğunu söylədi.
 O günə qədər Səudiyyə rəhbərliyi Obamadan o qədər də məmnun deyildi.
 Xüsusilə 2015-də İranla bağlanan nüvə müqaviləsinə Səudiyyənin təpkisi vardı.
 Tramp isə nüvə müqaviləsinin ləğvini vəd edir, Yaxın Şərqdə Səudiyyə Ərəbistanla daha güclü əlaqələr mesajı verirdi.
 Camal Qaşıqçı Trampın siyasətlərinin Səudiyyə Ərəbistanının xeyirinə olmayacağı fikirində idi.
 O gün o iclasda "Səudiyyə Ərəbistanı Trampla rahat üzü görməyəcək" demişdi.
 Qaşıqçı o sözlərinin başına dərd olduğunu aylar sonra anladı.
 Səudiyyə Ərəbistanının rəhbərliyində Trampın nəzarətinə daxil olan təbəqə Qaşıqçını kənarlaşdırmışdı.
Halbuki Camal Qaşıqçı 2016-ya qədər Səudiyyə Ərəbistanı rəhbərliyinə müxalif filan deyildi.
 Əslində o tarixdən sonra da kral Salmana qarşı sərt müxalifətdə olmadı.
 Ölkəsinin maraqlarını güdən şərhlər verir, Trampı işarə edərək, "kimsənin təsirinə düşməyək" mesajı verirdi.
 
 QARA SİYAHIDA OLDUĞUNU BİLİRDİ
 
Qaşıqçı Trampı tənqid etdikdən sonra ölkəsində arzuolunmaz adam olduğunu öyrənəndə öz istəyilə ABŞ-a yerləşdi. 28 mart 2017-də Əl Cəzirə-də yayımlanan bir proqramda ölkəsinə qayıtsa, sonunun edam edilən Essam Al-Zamil və ya Salman Al-Odah kimi olacağından narahat olduğunu deyib.
Yəni Camal Qaşıqçı özünün qara siyahıda olduğunu bilirdi.
 Trampın tez-tez təpki göstərdiyi qəzetlərdən biri olan “Vaşinqton Post”-da Tramp əleyhinə fikirlər yazan Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistandakı Tramp tərəfdarlarının hədəfi olduğu açıq-saçıq ortada idi.
 
QAŞIQÇI KƏŞFİYYAT SİRRLƏRİNƏ VAQİF BİR ŞƏXSDİ
 
Bunun bir səbəbi də Qaşıqçının jurnalist, televiziya işçisi kimliyi ilə yanaşı, bir dövr Səudiyyə Ərəbistanının kəşfiyyat rəhbəri Turku Faysal əl Səudun danışmanı olması idi.
 Qaşıqçı Ər-Riyad rəhbərliyinin kəşfiyyat sirrlərinə vaqif olan bir şəxsdi.
 Bu vəziyyətin Trampla birlikdə fərqli siyasətlərə yelkən açan vəliəhd şahzadə Məhəmməd bin Salmanın o qədər də xoşuna gəlmədiyi məlum idi.
 
TRAMPLA BİRLİKDƏ BU ŞƏXSLƏR DƏ İZLƏNMƏLİDİR
 
 Qaşıqçı məsələsində Trampla bağlı ciddi məlumatlar var. Əlbəttə, Trampla arası çox yaxşı olan Məhəmməd bin Salmanın da bu dosyedə adı keçir.
 Siyahıda bunların xaricində iki ad daha var.
 Onların da təqib altında tutulması Qaşıqçı hadisəsindəki sirrin açılmasına yardımçı olacaqdır.
Bunlardan biri Məhəmməd Bin Salmanı Trampla yaxınlaşdıran Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed, digəri də Zahidin ən yaxın dostlarından biri olan Trampın kürəkəni Jared Kuşnerdir.
Daha əvvəl Qətər böhranı, Hariri böhranı, rəqib şahzadələrə qarşı keçirilən əməliyyatlarda Trampla birlikdə kürəkəni Kuşner, Məhəmməd Bin Salmanla birlikdə isə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahidin baş rollarda olduğunu unutmayaq.
Qətər, Livan, şahzadələrə qarşı həbslər kimi ABŞ mənşəli əməliyyatlara təpki göstərən bir şəxs olan Camal Qaşıqçı ortadan götürülürsə, o böhranları idarə edən bu dörd şəxsə diqqətləri yönəltməkdə fayda var.
Hazırladı: Müxalifət.az