"Qarabağ"la "Arsenal"ın oyununda erməni təxribatı - FOTO
14-12-2018 09:41
Baxış sayı:
4576
Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Qarabağ”la “Arsenal” oyununun son dəqiqələrində xoşagəlməz hadisə baş verib. Erməni azarkeşlərdən biri qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydana çıxıb. Onun sinəsində erməni terrorçu Monte Melkonyanın şəkli olan köynəyi diqqət çəkib. Təxribatçı dərhal mühafizə əməkdaşları tərəfindən meydandan kənarlaşdırılıb./Open.az