Qarabağda döyüşən qadından sabiq deputata sərt sözlər

Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş tədbirdə Ağdam uğrunda gedən döyüşlərdə iştirak edən qadın sabiq millət vəkilinə sərt sözlər dedi. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı Tarixin Qan Yaddaşı" adlı rəsm sərgisi elan edilib. Mətbuat konfransıda Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş Cumayeva Ruxsarə çıxış edib. O, son günlərdə mətbuatda yayılmış Cümşüd Nuriyevin Qarabağ döyüşlərində iştirak edən qadın batalyonu barədə dediyi sözləri sərt tənqid edib: "Heç kəs Qarabağda döyüşən qadınlarımıza mənfi söz deyə bilməz. Evdə öz xanımına deməyəcəyin sözü bu qadınlar haqqında da deməməlisən. Mən Qarabağda yaralananları, Xocalıda yaralananları görmüşəm. Mənin ürəyim parça-parçadır. Mən Xocalıda, Zəngilanda, digər rayonlarımızda əsir düşən qadınlarımızı geri almaq istəyirəm. O vaxt ürəyim sakitləşər".