QAFQAZ YENİDƏN DİZAYN OLUNUR… - Qərb Ermənistana və Azərbaycana nə təklif edir?

Baxış sayı:
2122

Son günlərin Praqa görüşü dunyanın gündəmində olan ən maraqlı siyasi hadisə oldu desək, yanılmarıq. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla Türkiyənin dövlət başçıları arasına düşməsi kifayət qədər maraqlı şərhlər doğurdu. Gündəm bəllidir: Cənubi Qafqazda söz sahibi olmaq.

Bölgəmizdə söz sahibi olmaq, nüfuz uğrunda savaşın açıq oyunçuları da bəllidir: Avropa, ABŞ, Rusiya və Türkiyə. İranın isə başı hazırda özünə qarışıb. Praqada Aİ müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirmək barədə razılıq ələd olunduğu bildirilir. Buna paralel olaraq Bakının ilin sonuna kimi sülh sazişi imzalaması gözlənilir. Bundan sonra isə Ankaranın İrəvanla bütün nəqliyyat kommunikasiyalarını açması masadadır. Bu, Cənubi Qafqaz üçün nə deməkdir?

Praqada Avropa Siyasi Birliyinin iclası çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişel vasitəçi qismində çıxışlarından sonra bəyanat dərc olundu ki, tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu, delimitasiya komissiyasının işi üçün əsas olmalıdır. Bundan əlavə, oktyabrın sonundan Aİ-nin mülki missiyası iki ay Ermənistan-Azərbaycan sərhədində qalacaq. Məqsəd "inam yaratmaqdır"...

Əlbəttə, kağız üzərində belədir. Aydındır ki, pərdə arxasındakı əsl məqsəd Cənubi Qafqazda "var olmaqdır"... Oyunçular Cənubi Qafqazda var olmaq, oyunçu qismində təmsil olunmaq, maraqlarını təmin etmək uğrunda savaşdadırlar...

Sərhədin delimitasiyası üzrə komissiyanın iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək. Maraqlıdır ki, bütün mövcud razılaşmalar 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra imzaladığı 10 Noyabr Bəyannaməsində nəzərdə tutulan şərtlər əsasında tərtib olunub. Elə indi Qərb dövlətlərinin sülh prosesində fəal iştirakı da bu şərtlər əsasında aparılır ki, bu da Azərbaycanın qələbəsi kimi anlaşılmalıdır.

İyulun ortalarında Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, sentyabrın ortalarında isə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana uçdu. Dövlət Departamenti Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında vasitəçi kimi çıxış edir. ABŞ diplomatları və siyasətçiləri Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinin zəruriliyindən daim danışırlar. Amma, eyni zamanda, Konqres Ermənistana silah tədarükünün mümkünlüyünü müzakirə edir.

Avropa Birliyində ermənilərin əsas müdafiəçisi Fransadır. Xüsusilə, Paris Bakını qoşunlarını Ermənistan ərazisindən çıxarmağa çağırır və sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ideyasını dəstəkləyir. Hansı ki, Bakı buna reaksiyasını "yox" kimi ortaya qoyub. Fransanın Vien şəhəri isə səhiyyə sisteminin inkişafında Gorusa kömək edəcəyinə söz verib.

Aydındır ki, ABŞ-la Avropanın sülh cəhdlərinin tezliklə müsbət sonuclanıb-sonuclanmamasından asılı olmayaraq, ABŞ və Avropa İttifaqının əsas niyyəti Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəməyə çalışmasıdır.

İranın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb » "Dünya" informasiya agentliyi

Yeri gəlmişkən, dialoq platformalarının sayının artırılması Paşinyanın əlindədir. Yəni Paşinyan həm Brüssel, həm Vaşqinton, həm Moskvada danışmağın əleyhinə deyil. Eyni zamanda, dialoq məkanlarını genişləndirməklə İrəvan Bakını özünə uyğun şərtlərlə masaya oturtmağa da çalışır. Çünki Nikol Etmənistan üçün xoşagəlməz şərtlərlə sülh imzalamaq istəmir, amma başqa variant və qaçacaq yeri də yoxdur. Buna görə də o, Moskva, Vaşinqton və Brüssel arasında manevr etməyə çalışaraq, prosesi mümkün qədər ləngitməyə ümid edir. Digər tərəfdən, onun tərəflər arasında "get-gəli" regionda sabitliyi daha da poza bilər, çünki Azərbaycan mübahisəli məsələləri tez həll etmək istəyir.

ABŞ və Fransa Ermənistanı, qardaş Türkiyə isə təbii olaraq Azərbaycanı dəstəkləyir. Moskvanın hələ də sülhməramlıları var, lakin həm Bakı, həm də İrəvan son vaxtlar getdikcə daha tez-tez deyirlər ki, Ukrayna böhranı Rusiyanın regiondakı rolunu demək olar ki, puç edib.

Paşinyan Zəngəzur üçün zəmanət istəyir. Eləcə də Paşinyan Qarabağdan rəsmi şəkildə "əl çəkmək"lə üzərindəki yükdən qurtulmağı, bununla da Xankəndi və “sülhməramlılar” məsələsində Azərbaycanı Rusiya ilə üz-üzə qoymağı planlayır. Hələlik heç kim ona Dağlıq Qarabağdan sonra Azərbaycanın Sünik bölgəsini tutmayacağı zəmanətini vermək istəmir. Çünki Qərbi qarşıda "soyuq qış" gözləyir və onu Bakı qızındıra bilər.