Qadın sirkə turşusu içərək İNTİHARA CƏHD ETDİ - Səbəb

Baxış sayı:
4693

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

"Report" bildirir ki, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.