Qadın qardaşını və anasını bıçaqladı - AĞSUDA

Baxış sayı:
1733

Ağsuda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan rayon sakini, 1974-cü il təvəllüdlü Müslim Cəbiyev bacısı, 1967-ci il təvəllüdlü Arzu Cəbiyeva tərəfindən bıçaqlanıb. 

Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb. Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb. Hadisə zamanı A. Cəbiyevanın anası, 1938-ci il təvəllüdlü Maya Cəbiyeva da xəsarət alıb./apa