Putinin kreyserləri ABŞ-ın təyyarədaşıyıcı GƏMİLƏRİNİ BATIRMAQ GÜCÜNDƏDİR

Baxış sayı:
705

Rusiya hərbi baxımdan dəniz dövləti sayılmasa da, ABŞ-la dəniz məkanında savaşmaq gücündə olduğunu sübut etmək istəyir. Bu məqsədlə Kreml hərbi gəmi quruculuğu sahəsinə böyük önəm verir.
Köhnə sovet ənənələrinə uyğun olaraq büdcə vəsaitlərini xalqın rifahı üçün deyil, əsasən hərbi məqsədlərə xərcləməkdən boyun qaçırmayan Rusiyanın bu sahədəki nailiyyyətləri amerikalı rəqiblərini belə qibtə etməyə məcbur edir.
Əgər Putinin bu hədəf yolundakı planları baş tutsa, Vaşinqtonu quru ilə bərabər dənizdə də çətin mübarizə gözləyir.
Rusiya aviadaşıyıcı gəmilər qurmaq gücündə deyil. Bunun üçün Moskvanın əlində Pentaqon malik olduğu qədər texniki vəsaiti, maliyyə gücü, habelə elmi-texniki kadr potensialı yoxdur. Lakin ruslar onlara qarşı dirənəcək dəniz maşınlarının quruculuğu yolunda addım atmaq istəyirlər.
Bununla bağlı olaraq Almaniyanın populyar “Stern” jurnalının analitik icmal xarakterli yazısı diqqət cəlb edir. 
Yazıda Rusiyanın köhnə xətt kreyserlərini yenidən modernləşdirməkdə olduğu qeyd edilir. Rusiya hərbi dəniz komandanlığı bu kreyserləri ultramüasir S-500 zenit-raket kompleksləri, habelə “Sirkon” 3M 22 səsdən sürətli qanadlı raketlərlə təchiz etməyi planlayır.
 
Bunlardan “Admiral Naximov “ hərbi kreyserinin modernləşdirilməsi işləri bu il başa çatmalıdır. Sırada isə ABŞ təyyarədaşıyıcıların qorxulu kabusu hesab edilən “Pyotr velikiy” hərbi kreyseri var. Sonuncunun tam olaraq yeni avadanlıqlarla təchiz olunmaqla təmiri 2022-ci ildə başa çatmalıdır.
Rusiya hər bir kreyserin təmirinə 1,7 milyard dollar pul yatırmağı düşünür. 
“Böyük rəqəmdir... deyəsən, Moskva hərbi gəmilərini aviazərbələrdən qorumağın effektiv müdafiə üsulunu tapıb. Kreyserlərin hava hücumundan müdafiə sistemləri səsdən sürətli S-500 raketinin köməyi ilə daha da müsariləşdiriləcək. Bu raketlər qitələrəarası raketləri havada tutma qabiliyyətinə malikdir”, - məqalədə qeyd olunur.
 
Bundan başqa, kreyserlər “Kalibr” tipli qanadlı raketlərlə qorunacaq. Lakin bunların içində ən effektlisi yeni “Sirkon” 3M 22 tipli raket sistemidir. Bu raketlər səsin sürətini 6 dəfə qabaqlayır. 2017-ci ildə həmin raketərin sınağı uğurla həyata keçirilib.
Məqalə müəllifi Hektor Kamperin firkincə, bu gün bu silaha qarşı istifadə olunacaq başqa silah növü yoxdur. “Sirkon”larla silahlanmış rus kreyserləri hətta ABŞ avidaşıyıcıları üçün böyük təhdid törətmə qabilyyətinə malikdir. “Sirkon”ların zərbə diapazonu 600 km həddindədir.
Müəllfin sözlərinə görə, Rusiya kreyserləri modernləşdirməklə dənizdə də ABŞ-a qarşı dirənmək gücündə olduğunu sübut etmək istəyir.
“Bununla yanaşı, bu kreyserlər quru sahədə, yəni qitədə hərbi kontingetlə bilrikdə hərəkət edərək düşmən gəmilərini qarşısını kəsə bilmək qabiliyyətinə malikdir. Rusiya bunu Aralıq dənizinin şərq sahillərində sınıqdan keçirib. Suriya münaqişəsi zamanı rus gəmiləri amerikalıların hərəkətini dəfələrlə bu yolla bloklamağı bacarmışdı”, -məqalədə deyilir./musavat.com