​Putindən ABŞ-a gözdağı: Birgə istehsal...

Baxış sayı:
12337

Ölkələrimiz müasir hərbi məhsulların birgə olaraq inkişaf etdirilməsini və istehsalını təmin edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hindistan ilə imzalanan S-400 müqaviləsi barədə danışarkən deyib.
Putin Hindistan Baş naziri Narendra Modi ilə keçirdiyi mətbuat konfransında Rusiya ilə Hindistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif sahələrdə bir sıra müqavilələrin imzalandığını qeyd edib.
Putinin şərhini dəyərləndirən ekspertlər isə bu bəyanatın ABŞ-ın Hindistana qarşı sanksiya hazırlıqlarına cavab olduğunu bildiriblər.