Putin Ermənistana səfər edəcək? – KREML AÇIQLAMA YAYDI
8-09-2022 13:51
Baxış sayı:
4278

Kreml Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin tarixini hələlik rəsmən açıqlamayıb.
Muxalifet.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə jurnalistlərə Rusiya dövlət başçısının Ermənistana planlaşdırılan səfəri ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib: "Məndə bunun təsdiqi yoxdur. Hələlik bizim tərəf bu barədə rəsmi açıqlama verməyib".
Uşakov vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında münasibətlər fəal şəkildə inkişaf edir.