Prezidentdən daha iki rektorla bağlı SƏRƏNCAM
11-07-2019 00:16
Baxış sayı:
9967
Prezident İlham Əliyevin 27 may 2019-cu il tarixində imzaladığı sərəncamla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilənlər arasında daha iki rektorun da adının olduğu məlum olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində təqdim edilib.