​Pompeo İŞİD-in 99 faizini ABŞ-ın məhv etdiyini deyir: "Hər bir xəbər materialı bununla başlamalıdır"

Baxış sayı:
8446

ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının 99 faizini məhv edib. Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb. “Biz xilafətin 99%-ni məhv etdik. Hər bir xəbər materialı bununla başlamalıdır. Düzdür? Hamınız razısınız?” — deyə Pompeo bildirib. Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq regionunda apardığı kampaniya son dərəcə uğurludur.