PKK/YPG komandirlərinə SİRLİ SUİ-QƏSDLƏR: BİR-BİR ÖLDÜRÜLÜRLƏR

Baxış sayı:
4921

YPG/PYD komandirlərinə sirli sui-qəsdlər gün keçdikcə artır.
 
PKK-nın Suriya qolu YPG/PYD terror təşkilatı komandirləri sirli sui-qəsdlər vasitəsi ilə aradan götürülür və bu cür hadisələr atmaqda davam edir.
 
YPG KOMANDİRLƏRİ BİR-BİR ÖLDÜRÜLÜR
 
YPG-nin formalaşdırdığı Suriya Demokratik Qüvvələri (SDG) komandirlərinə və rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdlərə daha bir yenisi əlavə olunub.
Mart ayının ortasında YPG-nin nəzarəti altında olan Raqqanın məclisinin ümumi əlaqələr üzrə koordinatoru Ömər Alluşun sirli bir şəkildə öldürülməsi ilə başlayan sui-qəsd seriyası artan bir xətlə davam edir.
 
SİRLİ SUİ-QƏSDLƏR DAYANDIRILMIR
 
Suriya mənbələrindən alınan məlumata görə, qondarma Ədalət heyətinin rəhbəri vəkil İbrahim Məhəmməd Təyyar, YPG-nin keçirdiyi toplantıda yediyi şokoladdan zəhərlənərək ölüb.
Mənbələr, ötən günlərdə YPG komandirlərindən Əhməd Kobaninin Raqqanın şimal-qərbində naməlum şəxslər tərəfindən atəş açılaraq öldürüldüyünü bildirib.
 
İŞİN ARXASINDA KİM VAR?
 
Digər tərəfdən, ötən qısa dövr ərzində PYD-nin məclis üzvü Xalid Kouti, keçdiyi yola döşənən partlayıcının partlaması nəticəsində ölüb.
Bu sirli və getdikcə artan sirli sui-qəsdlərin qarşısını almaq, yaxud bu işin arxasında kimlərin olduğunu müəyyən etmək hələlik mümkün olmur.
Müxalifət.az