PKK/YPG İŞİD kartını dövrəyə buraxdı

Baxış sayı:
9505

Türk Silahlı Qüvvələrinin (TSQ) və ASO birliklərinin Fəratın şərqinə təşkil edəcəyi hərbi hərəkat öncəsində ABŞ-ın əsgərlərini çəkmə qərarına əngəl olmaq üçün terror təşkilatı PKK / YPG əlində əsir tutduğu İŞİD-çı terrorçuları sahəyə sürməyə başlayıb.
 
 Trampın "Suriyada İŞİD terror təşkilatı bitdi, çəkilirik" açıqlamasından sonra ABŞ-ın çətiri altında olan YPG, əsir tutduğu İŞİD terrorçularını sərbəst buraxaraq qarşıdurma bölgələrinə göndərir. İŞİD terrorçuları ilə süni qarşıdurma yaratmağa çalışan terror təşkilatı PKK / YPG, "İŞİD hələ bitmədi" görüntüsü yaratmaqla, ABŞ-ın əsgərlərinin Suriyadan çəkilməsinə əngəl olmağa cəhd göstərir. Digər tərəfdən, PKK\YPG Suriyada işğal etdiyi bölgələrdə mövcudluğunun qorunması üçün terrorizmi dəstəkləyən ölkələrlə danışıqlar aparmağa davam edir.
Müxalifət.az