Pəhləvidən ABŞ-a “işğal” TƏŞVİQİ

Baxış sayı:
1745

İranın devrilmiş şahı Pəhləvinin oğlu Rza Pəhləvi, İranda baş verən hadisələr üçün ABŞ-dan dəstək istyib.
 
İranda baş verən etiraz dalğasının bitib, bitmədiyi məsələsi ilə bağlı mübahisələr davam edir. Ötən həftənin cümə günü iqtisadi tələblərlə başlayan etirazlar bir həftə içərisində rejim əleyhdarı bir aksiyaya çevrilərkən, küçələrdə lehinə şüar səsləndirilən Rza Pəhləvi də, məsələyə dair açıqlamalar verib.
 
ABŞ FİRMALARI ETİRAZÇILARA DƏSTƏK VERMƏLİDİR
 
ABŞ-da yaşayan Rza Pəhləvi İrandakı etiraz aksiyaları ilə bağlı “Reuters”ə müsahibə verib. İranda baş verən sosial media embarqosu və internet məhdudiyyətlərinə dair ABŞ-ın texnologiya firmalarına müraciət edən Pəhləvi, "xalq dəstəklənməlidir, rabitə sahəsindəki problemlər ABŞ firmaları tərəfindən həll edilərək etirazlar təşviq edilməlidir" deyib.
Pəhləvinin bu sözləri ABŞ-dan "hakimiyyət çevrilişi" üçün bir dəstək tələbi kimi şərh olunub. Pəhləvi bu məsələ ilə bağlı üstüörtülü şərh vermək əvəzinə, siyasi rejimin devrilməsi, həm də İran hakimiyyətinə iddialı olduğunu ortalığa qoyaraq ABŞ rəhbərliyindən dəstək istəyib.
Müxalifət.az