Pentaqona qarşı böyük hücum - “ÖLÜM TERABAYTI”
12-01-2018 15:42
Baxış sayı:
1046
Hakerlər ABŞ-ın hərbi infrastrukturuna hücumların sayını artırırlar.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin Müdafiə İnformasiya Sistemləri İdarəsinin rəhbəri general-leytenant Alan Lin söyləyib.
“Hücum həcmi artır. Bir neçə il əvvəl hücum zamanı trafik 1-2 geqabayta çatırdı. Hazırda Pentaqona hücumun həcmi 600 geqabaytdır. Hakerlər bizim indiyə qədər düşünə bilməyəcəyimiz yeni metodlar kəşf edirlər. İndi olacaq hücumu “ölüm terabaytı” adlandırmaq olar. Bu təhdid bizə doğru yaxınlaşır. Bu, sadəcə zaman məsələsidir”, – deyə o bildirib.