​Pasxadan qayıdan nişanlı oğlan qəfil öldü

Baxış sayı:
2767

Anası onun otağından səs eşidib, otağına daxil olarkən oğlunun can verdiyini görüb
 
Qax rayonunda nişanlı gənc gözlənilmədən vəfat edib.
Muxalifət.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Kötüklü kəndində baş verib.
Kənd sakinlərinin sözlərinə görə, Beriqaşvili Mido Arsen oğlu həmkəndliləri ilə pasxa bayramını qeyd etdikdən sonra evə gəlib. Anası onun otağından səs eşidib, otağa daxil olarkən oğlunun can verdiyini görüb.
Qeyd edək ki, 24 yaşlı gənc nişanlı olub.