​Paşinyanın əleyhinə səs verdi, partiyadan qovuldu

Baxış sayı:
6022

Erməni deputat Aqvan Vardanyan müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsinin əleyhinə səs verdiyinə görə “Daşnaksütyun” partiyasından xaric edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
Bildirlib ki, Vardanyanın Paşinyanın əleyhinə səs verməsi onun daxil olduğu fraksiyanın rəsmi mövqeyinə ziddir.
“Aqvan Vardanyan barəsində nizam-intizam məsələsini müzakirə edərək, Daşnaksütyunun ali orqanı onun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib”, - deyə vurğulanıb.