​Paşinyan kriminal rejimin səhvini təkrarlasa... – Şərh

Baxış sayı:
6895

Azərbaycan xalqı öz dədə-baba yurdlarına qaytmağın həsrətiylə yaşayır. Məhz bu səbəbdən, ölkə başçımızın da vurğuladığı kimi, xalq heç zaman işğalla barışmayacaq.
Bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Azərbaycan xalqı heç vaxt torpağının işğal altında qalmasıyla barışa bilməz:
“Aprel döyüşləri Azərbaycan xalqının mərdliyinin, igidliyinin bariz nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin də dediyi kimi, Aprel döyüşlərindən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Erməni ictimaiyyəti hələ də biabrçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilmir. Ölkə siyasi, iqtisadi, mədəni, hərbi və demoqrafik cəhətdən böhran içərisindədir. Lakin bütün bunlara baxmayaraq, işğalçı ölkə baş verən hadisələrdən dərs çıxartmayıb”.
Analitik vurğulayıb ki, dövlət başçımızın da qeyd etdiyi kimi, yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və işğal altında olan Azərbaycan torpaqlarından çıxmalıdır:
“Əks halda Nikol Paşinyan və erməni xalqı növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq. Bu da işğalçı ölkənin sonu deməkdir. Prezident İlham Əliyevin dəfələrlə bildirib və və ermənilərə ciddi mesaj olmalıdır ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına Bakı heç vaxt imkan verməyəcək”.