​Pakistandan ABŞ-a: Günah bizdə yox, sizdədir

Baxış sayı:
2300

Pakistan Baş naziri Şahid Hakan Abbasi bu gün ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq hökumətin təcili iclasını keçirəcək.
Muxalifət.az xəbər verir ki, hökumətin iclası ilə bərabər Milli Təhlükəsizlik Komitəsi də toplanacaq.
Xarici İşlər Nazirliyi isə artıq bu gün Amerika səfiri Devid Xeyliyə Xarici İşlər naziri Xoca Məhəmməd Asifin etiraz məktubunu təqdim edib. Məktubda Vaşinqtonun Əfqanıstandakı uğursuzluqlarının səbəbinin İslamabad olmadığı bildirilib:
 “ABŞ öz adamlarını Əfqanıstandakı uğursuzluğa görə məsuliyyətə cəlb etməlidir. Vaşinqton tərəfindən edilən bütün ödənişlər lazımı şəkildə xərclənib. Pakistan bunu ictimai şəkildə sübut etməyə hazırdır”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Pakistanın terrorçularla mübarizə üçün maliyyə yardımı almağına baxmayaraq, öz ərazisində də terrorçu saxladığını bildirib. Bununla o, Pakistanı terrorizmə dəstək verməkdə ittiham edir./axar/