Ortaqlarından Paşinyana SƏRT XƏBƏRDARLIQ: Səni hakimiyyətə biz gətirmişik

Baxış sayı:
5272

Luys Blokunun keçmiş rejimlə razılaşmaya gedib, onları hakimiyyətə qaytarmaq üçün mübarizə aparacağını düşünmək yanlışlıqdır.
Muxalifet.az xəbər verir ki, bunu Respublika Partiyasının sədri Aram Sərkisyan İrəvada keçirdiyi mitinqdə deyib.
“Mən bilmirəm baş nazir niyə bizi nədəsə şübhəli bilir. Problem budur ki, cənab baş nazirin ittihamlarına cavab verməyəndə bunu razılıq əlaməti kimi anlayırlar, cavab verdikdə isə “niyə öz üzərinə götürürsən” deyirlər. Xalqa düşmənçilik yox, sevgi və səbir lazımdır. Bu seçkidə hansısa qüvvəyə qarşı mübarizəyə ehtiyac yoxdur. Biz hamımız keçmiş hökumətlə mübarizə aparırdıq və həmin rejim də indi seçkidə iştirak etmir”.
Sərkisyan daha sonra birbaşa Paşinyana xitabən deyib:
“Baş nazir postunu kimə görə tutduğunuzu unutmayın. Sizi parlamentdə Çiçəklənən Ermənistan, hətta Daşnaksütyun da dəstəkləyib. Siz yalnız öz nöqteyi-nəzərinizi diqqətə alırsınız. Mənim sizə daha deyəcək sözüm yoxdur. Adını çəkdiyim qüvvələr sizin yanınızda idi və növbədənkənar seçkinin tərəfdarı olduğunu bildirirdilər. İndi bu insanlar bunun nəyə lazım olduğunu düşünürlər. Biz bu məsələni necə həll edəcəyik? Mən birmənalı şəkildə növbədənkənar seçkinin tərəfdarıyam”.
Qeyd edək ki, Respublika Partiyası Yelk Blokunun tərkibində yer alır. Partiya Paşinyanın İrəvanda baş tutan inqilab zamanı tam dəstəkləyib. Paşinyanın baş nazir seçilməsindən partiya ilə onun arasında münasibətlər pisləşib. Sonradan Paşinyanın partiyası olan Vətəndaş Müqaviləsi Partiyası növbədənkənar seçkiyə Yelk Blokundakı ortaqları ilə getməyəcəyini açıqlayıb.