“One minute”-dan sonra Davosa getməyən Ərdoğana xüsusi dəvət

Baxış sayı:
2410

2009-ci ildə keçirilən Davos Sammitində İsrailin o vaxtkı prezidenti Şimon Peres ilə iştirak etdiyi sessiyada, ona cavab haqqı verilməyincə "one minute” çıxışı edərək o gündən bəri Davosa qatılmayan prezident Rəcəb Tayyib Ərdoğana Dünya İqtisadi Forumunun direktoru Borge Brende-dən xüsusi dəvət gəlib. Brenda xüsusi dəvətlə bağlı bunları deyib: "Prezident Ərdoğan hər zaman Davosda görmək istədiyimiz, xoş qarşılanan bir şəxsdir. Xüsusilə, 50-ci illik yubileyimizdə prezident Ərdoğanı Davosda görməyi çox istərdik. 50-ci ildönümümüzə görə, çox həyəcanlıyıq. 2020-nin yanvar ayında çox xüsusi bir sammitə hazırlaşırıq. Bu sammitdə müzakirə edəcəyimiz qlobal iqtisadiyyatın gündəmində olan çox əhəmiyyətli məsələlər var. Əgər prezident Ərdoğan 50-ci illik yubileyimizdə Davosa qatılmağa qərar verərsə, biz Türkiyənin rəsmi nümayəndə heyəti və Türk şirkətləri üçün son dərəcə müsbət və çox xüsusi bir mühit yaradacağımıza zəmanət veririk". Müxalifət.az