Öncə pivə, yoxsa şərab? - Spirtli içkilərin ardıcıllığı baş ağrısına təsir edirmi?

Baxış sayı:
2704

"Şərabdan öncə pivə içsən yer şey qaydasında olacaq, pivədən əvvəl şərab isə səni xəstə edəcək", - spirtli içkilərin müəyyən ardıcıllıqla içmək qaydası barədə bənzər məsləhətləri yəqin ki, çoxları eşidib.

Lakin belə görünür ki, yeni araşdırma spirtli içkilərin müəyyən ardıcıllıqla qəbulu və ertəsi gün sustlaşma və baş ağrısının ( başqa sözlə poxmel) kəskinliyi arasında əlaqəni təsdiqləmir, BBC-nin səhiyyə müxbiri Alex Therrien-in məlumatında göstərilir

Bu nəzəriyyəni yoxlamaq üçün sınaqlara cəlb edilmiş 90 tələbəyə bir həftə ərzində müxtəlif kombinasiyalarda alkoqollu içkilər təklif olunub.

Daha sonra içkilər fərqli ardıcıllıqla qəbul edilib.

Araşdırma göstərir ki, insanların axşamkı halı və ya ürək bulanması ertəsi gün onların özlərini necə hiss edəcəyindən xəbər verən ən təkmil işarədir.

Sərxoşluqdan sonra mümkün baş ağrısının şiddətliliyini azaltmaq üçün bu "qırmızı xəbərdarlıqlara" diqqət yetirilməlidir, tədqiqatçılar deyir.

Women drinking

Sınaq

Sərxoşluqdan sonra baş ağrısının yaranması və ya onun azaldılması yolları barədə bir çoxlarının öz nəzəriyyəsi var.

Hərçənd ki, baş ağrısının əmələ gəlməsinin dəqiq səbəbləri və mexanizmi barədə məlumat qıtdır. Belə ağrılara qarşı hələ ki, effektiv çarə təklif olunmur.

Alkoqollu içkilərin xüsusi ardıcıllıqla qəbulu ilə ertəsi gün baş ağrısı və ya onun şiddətliyi arasında əlaqənin olub-olmamasını müəyyən etmək üçün Almaniyada sınaq keçirilib.

Bu məqsədlə Witten/Herdecke universitetinin alimləri sınağa cəlb edilən 90 tələbəni 3 qrupa bölüblər.

  • Birinci qrup iki pinta ( 0.568261 litr) yarım pivədən sonra 4 iri qədəh şərab içib.
  • İkinci qrup eyni içkiləri içərkən şərabdan başlayıb.
  • Üçüncü qrupa daxil olanlar isə (nəzarət qrupu) yalnız pivə və ya yalnız şərab içiblər.
  • Bir həftə keçmiş birinci və ikinci qrupa daxil olanlar içkilərin ardıcıllığını dəyişdirərək sınağı davam etdiriblər. Nəzarət qrupunda isə pivə içənlərə şərab və şərab içənlərə pivə verilib.

Hər günün sonunda tibbi nəzarət altında olan iştirakçılar sərxoşluq dərəcəsi barədə sorğu anketinin suallarını cavablandırıblar.

Cavabların təhlili göstərib ki, içkilərin ardıcıllığı baş ağrısına əhəmiyyətli dərəcədə təsir göstərməyib.

Məlum olub ki, baş ağrısının şiddətliyini yaş, bədən çəkisi və içki vərdişləri kimi əlamətlərə əsaslanaraq öncədən söyləmək mümkün deyil.

Hərçənd ki, araşdırma cinslər arasında fərqi üzə çıxarıb: Kişilərə nisbətən qadınların baş ağrısı bir qədər artıq olur.

Alimlər deyir ki, sərxoşluq nəticəsində əmələ gələn baş ağrısına qarşı effektiv çarə hələ ki, tapılmayıb.

Belə növ baş ağrısı və xumarlıq xoşagəlməz hal olsa, onun faydası da var: Bu yolla bədənimiz içkinin təhlükəsi barədə bizə xəbərdarlıq edir.