Ölkəsini xarici ölkələrə bombalatdı

Baxış sayı:
6850

Liviyanın şərqindəki hərbi qüvvələrin başındakı çevrilişçi general Xəlifə Hafterin tələbilə xarici döyüş təyyarələrinin Tripolidə yaşayış məntəqələrini vurduğu bildirilib.
 
Liviyada Milli Anlaşma Hökumətinin (UMH) Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, "UMH müharibə günahkarı Xəlifə Hafterin tələbilə xarici ölkələrin döyüş təyyarələri tərəfindən paytaxt Tripolinin əhalinin sıx yaşadığı Əbu Səlim bələdiyyəsinə qarşı keçirilmiş, vətəndaşların ölüm və yaralanmalarına səbəb olan hava hücumunu ən sərt şəkildə pisləyir" ifadəsi yer alıb.
Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, böyük dövlətlərə və beynəlxalq ictimaiyyətə hücumların dayandırılması, vətəndaşların qorunması və bu təcavüzə qoşulan xarici ölkələr haqqında dərhal araşdırma açılaraq cəzalandırılmasını mövzusunda məsuliyyətlərini yerinə yetirməsi dəvət edilib.
 
Hafterə bağlı silahlı qüvvələr neft mədənlərini işğal edib
 
 Ayrıca Hafterə bağlı silahlı qüvvələrin Liviyalıların əsas gəlir mənbəyi olan neft mədənlərini işğal etdiyi bildirilən açıqlamada, bunun beynəlxalq neft bazarlarında qarışıqlığa səbəb olacağı xəbərdarlığı da edilib.
 
Beynəlxalq ictimaiyyətin səssiz qalması şiddətlə pislənilib.
 
Terrorizm kimi səciyyələndirilən hücumlara qarşı beynəlxalq ictimaiyyətin səssiz qalmasının şiddətli şəkildə pisləndiyi bəyanatda, hökumətin hücumların dayandırılması, vətəndaşların can və mal təhlükəsizliyinin təmin edilməsi məsələsində beynəlxalq birliyin mövqeyini dəqiqləşdirməsi məqsədilə dost və qardaş ölkələrlə sıx ünsiyyət halında olduğu vurğulanıb.
Müxalifət.az