​Ölkələri düşməndir, onlar isə öpüşüb-görüşürlər – VİDEO

Baxış sayı:
2395

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə onun amerikalı həmkarı xanım Nikki Heyli ilə səmimi münasibəti kameraların diqqətindən yayınmayıb. Belə ki, Rusiya və ABŞ arasında münasibətlərin hər dönəm gərgin olduğu, xüsusilə son vaxtlar Suriya mövzusu ilə bağlı daha da qəlizləşdiyi zamanda diplomatların bu münasibəti diqqət çəkib. Nebenzya və Heyli toplantı öncəsi bir-birilərinə yaxınlaşaraq salamlaşıblar və yanaq-yanağa öpüşüblər. Daha sonra rusiyalı diplomat toplantıda çıxışında həmkarları, xüsusilə Heyli ilə səmimi münasibətinin olduğu etiraf edib və ölkələr arasında da bu münasibətin hakim olmasını arzulayıb(axar.az).