Məşhur model traktorun altında qalaraq öldü
30-04-2019 23:30
Baxış sayı:
19507

2017-ci ildə keçirilən Fransa gözəllik müsabiqəsinin ("Miss France") iştirakçısı Morqan Rollan traktorun altında qalaraq ölüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Luar departamentinin Voşe şəhəri yaxınlığında velosiped sürən 22 yaşlı qız qəflətən yola çıxan avtomobildən yayınmaq istərkən oradan keçən traktorun altında qalıb.
Morqan xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı başqa zərərçəkən olmayıb.