Türk polisi mavi siyahıda olan terrorçunu ələ keçirdi
30-04-2019 20:22
Baxış sayı:
19267

Türkiyə Daxili İşlər Nazirliyinin mavi axtarış siyahısında olan terrorçu Azimet Ceyhan polis tərəfindən yaxalanıb.
Muxalifet.az xəbər verir ki, A.Ceyhan Ədirnə Jandarm Komandanlığının təşkil etdiyi əməliyyat çərivəsində ələ keçib.
Qeyd edək ki, MLKP qruplaşmasının üzvü olan Ceyhanın yerini xəbər edən şəxsə 1 milyon 500 min lirə mükafat təyin edilmişdi.