Cənubi Kiprə 130 ədəd F-35 gətirildi: ABŞ Türkiyəni mühasirəyə alır

Baxış sayı:
7744

 Son illərdə Rumıniya, Bolqarıstan, Yunanıstan və Kiprin Yunan sektorundakı bazaları böyüdən ABŞ, inkişaf etmiş təyyarələr, raketlər və hərbi yığınaq edir. YPG-yə 20 min TIR silah verərək Suriya sərhədində də geosiyasi məqsədi yönündə çalışan ABŞ-ın, Cənubi Kiprə yerləşdirdiyi 13-0dan çox F-35 də, Türkiyəni mühasirəyə alma planının bir parçasıdır.
 
 İllərdir Türkiyənin ətrafını hərbi bazalar və terror təşkilatları ilə mühasirəyə alan sözdə NATO müttəfiqi ABŞ, çirkli planından imtina etmir. Son illərdə Rumıniya, Bolqarıstan, Yunanıstan və Kiprin Yunan hissəsində yaratdığı bazalara daim inkişaf etmiş təyyarələr, raketlər və hərbi birliklərlə yığınaq edən Amerika, PKK/YPG-yə 20 min TIR inkişaf etmiş silah sistemləri verərək Suriya sərhədində da çirkli planını həyata keçirməkdən geri durmayıb. Bütün bunlarla yanaşı, ABŞ Cənubi Kiprdəki hava bazasına 130-dan çox inkişaf etmiş F-35 döyüş təyyarəsi yerləşdirdiyi öyrənilib.
İraq savaşı və 15 iyul FETÖ-çu çevriliş cəhdindən öncə Aralıq dənizində təyyarə gəmiləri rəhbərliyindəki iki donanmasını yerləşdirən ABŞ, 23 apreldə USS John C. Stennis (CVN 74) və USS Abraham Linkoln (CVN 72) təyyarə gəmilərinin başı çəkdiyi iki donanma yenidən Aralıq dənizində açıq bir araya gətirərək təlim başlaması diqqət çəkib.
 
 Rusiya ABŞ-ı və Yunanları xəbərdarlıq etmişdi
 
Aralıq dənizində ABŞ-ın nəhəng təyyarə gəmilərinin başını çəkdiyi donanmaları, müharibə, ya da böyük təlimlər kimi situasiyalarda bir araya gəlir.
ABŞ-ın Kiprə inkişaf etmiş təyyarələrini yerləşdirmə layihəsi, ilk olaraq Rusiyanı narahat edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 6 dekabr 2018-ci il tarixli mətbuat konfransında, "Amerikalı rəsmilərin Cənubi Kiprdə yeni hərbi bazalar qurmaq üçün Cənubi Kipr ilə danışıqlar apardığını bilirik. Rusiya “ABŞ-ın Kiprdəki hərbi varlığını artırmasına biganə qalmayacaq" deyə xəbərdarlıq etmişdi. Rusiya, eləcə də Yunan rəsmilərinin ABŞ ordusunun ərazisində yerləşdirməsinə icazə verməməsi barədə xəbərdarlıq edərək, bunun "təhlükəli nəticələrə yol açacağını" bildirib.
 
 S-400 təpkisi, yoxsa, F-35 “eskadrilyası”
 Türkiyə ABŞ-ın ətrafında apardığı hərbi dəyişikliyi diqqətlə izləyir. Türkiyənin Rusiyadan S-400 hava müdafiə raketləri almaq həmləsinin ətrafında baş verən qeyri-adi hərbi fəallığa qarşı bir tədbir olduğu şərhləri verilir. ABŞ-ın F-35lərə təhdid yaradacağı səbəbilə Türkiyənin S-400 batareyaları almasına qarşı sərt reaksiyasının də sözdə NATO müttəfiqi olan bu ölkənin, gizli niyyətlərini də ortaya qoyduğu bildirilir.
Müxalifət.az