Qaşıqçını qətlə yetirənlər məhkəmədə: Səudiyyə vəliəhdinin sağ əli “qeyb” oldu

Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətində dəxli olduğu iddia edilən 11 nəfər Ər-Riyadda məhkəməyə çıxarılıb. Cinayətin əmrini verdiyi irəli sürülən şahzadə bin Salmanın sağ qolu Kahtani isə məhkəmədə görülməyib.
Ötən il beynəlxalq ictimaiyyətin gündəminə damğa vuran Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətilə bağlı isti bir hadisə baş verib. Cinayətlə bağlı məsul olduğu düşünülən 11 nəfər Ər-Riyadda məhkəməyə çıxarılıb. Lakin məhkəmə iclasına cinayətin əsas fiqurlarından olduğu və hadisədə böyük rol aldığı düşünülən Kahtan-ın qatılmaması beynəlxalq ictimaiyyətdə mübahisə yaradıb.
Edam cəzası ilə üz-üzədirlər
Səudiyyə Ərəbistanında olan yüksək vəzifəli bəzi şəxslər, "Səud el-Kahtaninin məhkəmədə olmaması nə mənaya gəlir? Səudiyyə onu qoruyur, yoxsa, ayrı bir yerdə cəza verəcəklər? Bunu kimsə bilmir" deyib. Şəxslər ittiham olunan 5 nəfərin edam cəzası ilə üz-üzə olduğunu da qeyd edərkən, Kahtaninin iclaslarda iştirak etməməsinin səbəbinin aydın olmadığını bildiriblər.
Tərcüməçilərin iştirakı qadağan olunub
Ərəbcə keçirilən məhkəmə prosesini diplomatların izləməsinə icazə verildiyi, lakin tərcüməçi gətirmlərinin yasaq olduğu öyrənilib. Bundan başqa, məhkəmə iclasları bir gün əvvəl xəbər verilir.
Müxalifət.az