Bulvara giriş bərpa edildi
29-04-2019 12:19
Baxış sayı:
7225

“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Park ərazisinə girişə məhdudiyyət bu gün səhər saatlarında aradan qaldırılıb. Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, artıq Bulvar ərazisinə daxil olmaq üçün hər hansı məhdudiyyət yoxdur. “Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar bağlı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq.