ABŞ-dan Türkiyəyə daha bir təzyiq

Baxış sayı:
7177

İrandan digər ölkələrə nisbətən daha ucuz neft və qaz alan Türkiyə, ABŞ-ın yeni bir təzyiqi ilə üz-üzədir.
 
ABŞ Türkiyə daxil olmaqla, 8 ölkənin İran ilə ticarəti tamamilə kəsməsini istəyir. Sanksiyaları ağırlaşdırma qərarı alan ABŞ, bu davranışı ilə İrandan böyük təpki alır.
Məsələ ilə bağlı ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltondan yeni daha bir açıqlama verilib. İran Xarici İşlər naziri Cavad Zərifin sanksiyalardan digər ölkələrin razı olmadığını bildirən açıqlamalara cavab verən Bolton, "Mövqeyimiz aydındır" deyib.
 
Necə yekunlaşacaq, görəcəyik
 
 Bolton açıqlamalarında bu ifadələrə yer verib: "Çinli şirkətlərin verdiyi açıqlamalar var, İrandan təbii qaz almağı dayandıracaqlarına dair. Bir neçə həftə əvvəl də Türkiyənin Xarici İşlər naziri ilə görüşdüm. Hələ o zaman İran qazını almaqdan imtina etməsi üçün atmaları lazım olan addımları müzakirə etdim. Bu proses necə yekunlaşacaq, görəcəyik. Biz mövqeyimizi dəqiq bir şəkildə açıqladıq".
Müxalifət.az