​Rusiya sərhədlərində “Yaz fırtınası” başlanır

Baxış sayı:
6313

Bu gün Estoniyada NATO-nun “Yaz fırtınası-2019” genişmiqyaslı təlimləri başlanır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin Baş qərargahından verilən məlumata görə, təlimlərdə 13 ölkədən 9 mindən çox hərbi qulluqçu iştirak edəcək.
Təlimlər 29 aprel-17 may, aktiv hissəsi isə 2-10 may tarixlərində keçiriləcək. Manevrlər əsasən, Estoniyanın şimal-şərq hissəsində - Rusiya ilə sərhədyanı ərazilərdə keçiriləcək.
Zirehli texnikanın təxminən 200 vahidi təlimlərə cəlb ediləcək.