Alman kəşfiyyatı açıqladı: Vətəndaş müharibəsinə hazırlaşırlar

Almaniyanın Konstitusiyanı Qoruma Təşkilatının (Daxili Kəşfiyyat Xidməti) ifrat sağçıların "vətəndaş müharibəsi” ssenarisinə hazırlaşdıqlarına yönəlik məlumatlarının yer aldığı bir hesabat hazırladığı irəli sürülüb.
Almaniyanın "Welt am Sonntag" qəzeti Konstitusiyanı Qoruma Təşkilatının hazırladığı "ifrat sağçı terror meyilləri və potensiallar" mövzusunda gizli bir hesabata yer verib.
Almaniyada zorakılıq tərəfdarı ifrat sağçılardan gələcək təhlükənin artdığına işarə edilən hesabatda, ifrat sağçıların təşkilatlar və proseslərin xaricində kiçik qruplar və ya fərdi olaraq ortaya çıxmağa başladığı qeyd olunub.
Bir neçə ildir ki, fəaldırlar
“Çox sayda ifrat sağçı bir neçə ay və ya bir neçə ildən bəri fəaldır və bunların bir qismi daha öncə məlum olmayan şəxslərdir" deyilən hesabatda, bu şəxslərin böyük əksəriyyətinin 30 yaşında kişilər olduğu və aralarında polis və əsgərlərin də olduğu qeyd edilib.
İfrat sağçıların informasiyalarını ilk növbədə internet üzərindən təmin etdiklərinə işarə edilən hesabatda, "Rəsmi orqanlar ifrat sağçıların vətəndaş müharibəsi ssenarisinə və narahatlıq duyulan dövlət quruluşunun dağılmasına hazırlaşdıqlarına dair məlumatları əldə edib" deyilib.
BOMBALI HÜCUM HAZIRLIQLARI
Hesabatda, ifrat sağçıların bombalı hücum hazırlıqları da etdiyi qeyd olunub.
İfrat sağçı terrorçuların həyata keçirdikləri aksiyalarda kifayət qədər mütəşəkkil olmamasının görüldüyü ifadə edilən hesabatda, ifrat sağçıların internet və sosial şəbəkələr üzərindən əlaqə təmin etdikləri üçün təqib edilməsinin çətinləşdiyinə diqqət çəkilib.
Qəzetdə həmçinin, Almaniya Cinayətkar Dairəsinin (BKA) ölkədə hər vaxt hücum etmə riski daşıyan 33 ifrat sağçı olduğu və bu rəqəmin keçən il 22 olduğuna dair açıqlamasına da yer verilib.
Müxalifət.az