Beşiktaş oyununda 1 dəqiqə heç kim topa toxunmadı

Beşiktaş - Ankaragücü matçının ilk dəqiqəsində uşaq istismarına etiraz məqsədilə mühüm bir aksiya baş verib.
Beşiktaş tribunaları uşaq istismarına biganə qalmayıb. Beşiktaş-Ankaragücü matçının başlamasından sonra 1 dəqiqə boyunca tribuna səssiz qalaraq uşaq istismarına təpkisini ortaya qoyub.
Türkiyədə son dövrdə uşaqların məruz qaldığı istismara Beşiktaş tribunaları da biganə qalmayıb.
Baş verən hadisələrdən sonra Beşiktaşlılar Ankaragücü matçında etirazını nümayiş etdirib. Uşaq istismarına biganə qalmayan Beşiktaşlılar, Ankaragücü qarşılaşmasının başlamasından sonra 1 dəqiqə boyu tribunada səssiz qalaraq "Uşaq susur, sən də sus” kampaniyasına dəstək verib.
Beşiktaş tərəfdarın ilə yanaşı, Ankaragücünü dəstəkləməyə gələn azarkeşlər də bu etiraza dəstək verib və iki komanda azarkeşləri matçın 2-ci dəqiqəsindən etibarən komandalarını dəstəkləməyə başlayıb. Tribunaların bu hərəkətinə futbolçular da biganə qalmayıb. Matça başlamalı olan həm Ankaragücü, həm də Beşiktaş komandasının oyunçuları və hakimlər qarşılaşmanın ilk 1 dəqiqəsində meydançada hərəkətsiz qalıb.
Tribunalar səssiz etirazdan sonra hamı bir ağızdan "Uşağa uzanan əllər qırılsın” deyə şüarlar səsləndirib.
Müxalifət.az