Şri-Lankada üzü örtən geyimlər qadağan olundu
29-04-2019 07:02
Baxış sayı:
6376

Şri-Lanka prezidenti Maytripala Sirisena insanın üzdən şəxsiyyətini müəyyən etməyə maneəçilik törədən istənilən geyim növündən istifadəni qadağan edən sərəncam imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "News 1st" portalı yazıb.
Bildirilir ki, qadağa aprelin 29-dan qüvvəyə minəcək. Bu addım ötən həftə silsilə terror aktları yaşanan ölkədə vəziyyətin sabitləşdirilməsi məqsədi ilə atılıb.