​Şabranda güclü yanğın: 20 hektar ərazi yandı

Baxış sayı:
2218

Şabranda güclü yanğın başlayıb.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Güləmli kəndi ərazisində baş verib.
FHN-nin yanğından mühafizə hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi əraziyə cəlb edilib. Yanğın davam edir.
İlkin məlumata görə, dəniz kənarında 20 hektar ərazidə kol-kos yanıb. Yanğının miqyasının qarşısını almaq üçün işlər davam etdirilir.