ABŞ-da Tramp dövrü başa çatacaq? - Sorğu
27-04-2019 20:55
Baxış sayı:
2203

2020-ci ildə prezident seçkilərində namizəd olacağını açıqlayan ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin reytinqi, hazırkı ölkə başçısı Donald Trampı qabaqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Hill-HarrisX” şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.
Məlumata görə, respondentlərin 43 faizi seçkilərdə Baydeni dəstəklədiyini açıqlayıb. Bunun qarşılığında isə Donald Trampı dəstəkləyənlərin faizi 37-ə bərabər olub. Sorğu iştirakçılarının 15 faizi hələlik seçim etmədiklərini bildirib. 5 faiz respondent isə digər bir namizədi dəstəklədiklərini açıqlayıb.