Volqa çayında gəmilər toqquşdu: ölən var
27-04-2019 20:15
Baxış sayı:
2308

Aprelin 27-nə keçən gecə Rusiyadakı Volqa çayında iki gəminin toqquşması nəticəsində 1 nəfər ölüb, iki insan itkin düşüb.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Sahil-təhlükəsizlik xidmətinin qayıqları və axtarış-xilasetmə qrupu itkin düşmüş insanların tapılması üçün əməliyyat tədbirləri həyata keçirir.
İstintaq Komitəsi qəza ilə bağlı hərəkətin təhlükəsizliyi və su nəqliyyatından istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb.