ABŞ-ın S-400 və F-35 oyunu: Türkiyə S-400-dən vaz keçsə belə...

Baxış sayı:
2464

Türkiyənin köşə yazarı Sərdar Turqut Habertürk-də "S-400-dən imtina etsək belə, F-35-i verməməyə çalışacaqlar, səbəbini istəsəniz açıqlayım" başlığı ilə dərc olunan yazısına, "Türkiyə ilə bağlı qərarların alındığı Vaşinqtonun siyasi kuluarlarında sanki bir teatr oynanır" ifadəsi ilə başlayıb.
 
Turqut yazısına belə davam edir:
“Oyuncuları Amerikalı bu teatrındır, amma ssenari yazan və rejissoru İsraildir. Aktyorlar iş Türkiyəyə gələndə özlərinə verilən ssenari cümlələrini əzbərdən oxuyurlar. S-400 raketlərini alsanız, bunlar F-35-lər ilə bir arada ola bilməz, təyyarələrin qorunması deşifrə olur və bu da ABŞ-ın milli təhlükəsizlik maraqlarına qarşıdır. Bu üzdən S-400 alındığı təqdirdə, bizdən F-35-ləri almağınız mümkün deyil, hətta əlavə olaraq sizə qarşı bəzi sanksiyalar da tətbiq edərik - deyib dayanırlar aylardır. Teatr gözəldir, amma aktyorları belə artıq sıxmağa başlayıb. Çünki dediklərinin yalan olduğunu onlar da yaxşı bilirlər".
Habertürk müəllifi Turqut, həqiqətlərin çox fərqli olduğunu, S-400-ün yalnız bir bəhanədən ibarət olduğunu və evangelist Neo-Con-ların Türkiyə düşmənçiliyindən bəhs edir.
Yazısında İsrailə yaxın bu qrupun İsrail və Səudiyyə Ərəbistanı əməkdaşlığı ilə bölgədə yaradılmasına çalışılacaq yeni nizamın planını ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerə yazdırıldığını qeyd edir və köşə yazısını belə bitirir:
 
GÜCLƏNƏCƏK TÜRKİYƏ QORXUSU
 
O plan belə ədalətsiz və haqsızlıqlarla doludur ki, təpkiyə səbəb olar deyə açıqlanması davamlı təxirə salınır.
İlk əvvəl Ramazan ayından öncə açıqlayacaqdı, sonra da Ramazanın bitməsinin gözlənməsinə qərar verilib.
İsrail Amerikaya təqdim etdiyi plana Türkiyənin qarşı durmasından çəkinir.
Bunu güclü bir Türkiyənin etməsini heç istəmir.
Və İsrail F-35-lərlə Türkiyənin daha da güclənəcəyini bildiyindən, "Nə olursa olsun, bunları Türkiyəyə verməyin" deyir hakimiyyətə. S-400 kontekstində F-35 təhvil işi bu səbəbdən düyünə soxulub.
Amma biz S-400-ləri almaqdan imtina etsək belə, İsrail və buradakı evangelist Neo-Con əməkdaşlığı bunu başqa şeylər uyduraraq əngəlləməyə çalışacaq.
Məqsədləri nə olursa olsun, Türkiyə daha güclənməsin və F-35-lər də verilməsin-dən ibarətdir.
Bizə qarşı tətbiq olunan iqtisadi çətinlikləri də bu baxımdan dəyərləndirmək lazımdır".
Müxalifət.az