ABŞ çəkiləcək: Tramp açıqladı

Baxış sayı:
2224

 ABŞ prezidenti Donald Tramp ABŞ-ın beynəlxalq silah ticarəti müqaviləsindən çəkiləcəyini açıqlayıb.
 
ABŞ prezidenti Donald Tramp 2013-də BMT yanında imzalanan Silah Ticarəti Müqaviləsindən ölkəsinin imzasını çəkəcəyini açıqlayıb.
Tramp Milli Tüfəng Dərnəyinə (NRA) bağlı lobbi təşkilatı Milli Tüfəng Cəmiyyəti Qanunverici Akt İnstitutunun (NRA-ya) “İndianapolis”-də keçirdiyi "Liderlər Forumu" tədbirində çıxış edib.
Çıxışında BMT Silah Ticarəti Müqaviləsindən imzasını çəkəcəyinə dair bir sənədi imzalayan Tramp, "Birləşmiş Millətlər yaxında Amerikanın bu müqaviləni rədd etdiyinə dair rəsmi təbliğat alacaq" deyib.
 
İMZAMIZI GERİ ÇƏKİRİK
 
 Tramp, "Bunun nə olduğunu çoxunuzun bilmədiyini hesab edirəm. Nə olduğunu bilirsinizmi? Böyük bir amildir. Orada NRA-dan bəzi xoşbəxt üzləri görürəm. Rəsmi olaraq bu gün çox yanlış bu müqavilədən Amerikanın imzasını çəkəcəyimi çatdırıram. İmzamızı geri çəkirik" deyib.
 Tramp həmçinin, imzaladığı sənədin Senata sazişi təsdiq etmə prosesini təxirə alması və müqavilə hüququnun ona verilməsini tələb edən bir mesaj olduğunu da dilə gətirib.
Demokratların ölkədə silah satışlarına qarşı məhdudiyyət təkliflərini də tənqid edən Tramp, "Demokratlar günahkar əcnəbilərin heç bir hesab vermədən burada sərbəst gəzməsinə icazə verilərkən, qanunlara riayət edən vətəndaşları tərksilah etmək istəyir. Mən prezidentiniz olduqca bu heç vaxt olmayacaq" deyib.
Qeyd edək ki, Silah Ticarəti Anlaşması, 2013-də BMT yanında beynəlxalq adi silah satış və transferlərinə standart gətirmək üçün imzalanmışdı. Müqaviləni 130 ölkə imzalayarkən, 101 ölkə müqavilənin tətbiqində iştirak edib.
ABŞ xaricindəki digər iştirakçı bütün ölkələrin rəhbərlikləri müqaviləni qüvvəyə mindirib.
Çin, Rusiya, Şimali Koreya, İran, Suriya, Ermənistan və Misirin da aralarında olduğu 63 ölkə bu müqaviləyə imza atmamışdı.
Müxalifət.az