Rus casusuna həbs cəzası!

Baxış sayı:
2047

 ABŞ-da Rusiya üçün casusluq səbəbilə mühakimə olunan Mariya Butina 18 ay həbs cəzasına məhkum edilib.
 
ABŞ Vaşinqton bölgə məhkəməsi Rusiya vətəndaşı Mariya Butinanı Rusiyaya casusluq etdiyi səbəbilə 18 ay həbs cəzasına məhkum edib. Region Məhkəməsinin hakimi Tanya Çutkan, Butinanın cəzasının bitməsindən sonra deportasiya ediləcəyini bildirib.
Rusiya parlamentinin aşağı palatası Dumanın sədri Leonid Slutsky, Amerika məhkəməsinin Butina üçün verdiyi qərarı tənqid edərək "Məhkəmə hədsiz dərəcədə ədalətsiz və mərhəmətsiz davranaraq 18 ay həbs cəzası verib. Qərarda Butinanın 9 ay kamerada qalması nəzərə alınmadı. Ədalətsiz bir qərar oldu" deyib.
Ötən il ABŞ prezidenti Donald Trampın da üzvü olduğu Milli Silah Dərnəyinə (NRA) sızma təşəbbüsündə olduğu və bu səbəblə də nəzarətə alınan 30 yaşındakı Mariya Butina, Rus casusu ittihamı ilə həbs olunmuşdu. Ötən İlin dekabr ayında məhkəmə iclasına qatılan Butina, Rus casusu olduğunu və Milli Silah Dərnəyinə sızma təşəbbüsünü qəbul edərək məhkəməylə əməkdaşlıq etməyi qəbul etmişdi. Rus hökuməti isə Butinanın bu açıqlamanı təzyiq altında etdiyini irəli sürmüşdü.
Müxalifət.az