4 səfirliyin yerləşdiyi göydələn boşaldıldı - Bomba xəbərdarlığı
16-04-2019 17:10
Baxış sayı:
14104
İspaniyanın paytaxtı Madriddə “Torre Espacio” adlı göydələn bomba xəbərdarlığından sonra boşaldılıb.
“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, hazırda binada bomba axtarışı aparılır.
Qeyd olunur ki, binada Birləşmiş Krallıq, Hollandiya, Avstraliya və Kanadanın səfirlikləri yerləşir.