Tramp atasının Alman olduğunu dedi: ABŞ mətbuatı təkzib etdi

Baxış sayı:
15055

 ABŞ prezidenti Donald Tramp bir daha atasının Almaniyada doğulduğunu iddia edərkən, Amerikan mətbuatı bunun əksini yazdı.
 
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Jens Stoltenberglə görüşündən əvvəl jurnalistlərə açıqlama verib.
Almaniyanın NATO daxilindəki maliyyə öhdəliklərindən bəhs edərkən, baş nazir Angela Merkel və Almaniyaya qarşı bəslədiyi hörməti dilə gətirib.
Tramp bu əsnada atasının Almaniyada anadan olduğunu bildirib.
Donald Tramp “Atam Almandır. Almaniyada çox gözəl bir yerdə anadan olub" deyə bildirib.
Trampın bu sözlərinə Amerikan mətbuatında düzəliş edilib. Qəzetlərin internet saytlarında dərc olunan xəbərlərə görə isə, Donald Trampın atası Fred Trump Alman deyil və 1905-ci ildə Nyu-Yorkda anadan olub.
Xəbərdə, Almaniyadan gələn adamın Donald Trampın babası Fridrix Tramp olduğu bildirilib. Ancaq Fridrix Tramp da 1885-ci ildə ABŞ-a mühacirət edib.
Müxalifət.az