Havada təhlükəli gərginlik! İngilis və Rus təyyarələri qarşı-qarşıya gəldi

Baxış sayı:
14950

 İngiltərəyə aid Typhoon reaktivləri İngiltərə hava sahəsinə yaxınlaşmaqda olan Rus döyüş təyyarələrinin qarşısını almaq üçün havaya qalxıb.
 
İngilis Kral Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, radarlar 2 Rus Tupolev Tu-160 bombardman təyyarəsini İngiltərənin şimal-şərq sahilləri yaxınlığında beynəlxalq hava məkanında müəyyən edib. Bundan sonra Kral Hava Qüvvələrinə aid Typhoon reaktivləri Rus təyyarələrinin Britaniya hava məkanına daxil olmasının qarşısını almaq üçün havaya qalxıb.
Bir Hava Qüvvələrinin sözçüsü Typhoon təyyarələrinin Şotlandiyanın Lossiemouth qəsəbəsi yaxınlığında yerləşən bazadan havaya qalxdığını söyləyib. Hadisənin NATO güclərinin bir təlim üçün Şotlandiyada olarkən baş verdiyi qeyd edilib. Sözçü, "Rus təyyarələri heç vaxt İngiltərə hava sahəsinə daxil olmadı" deyib.
Rus təyyarələrinin İngiltərəyə doğru yol almadan Norveçin üzərindən keçdiyi bildirilib.
Müxalifət.az