İran ABŞ-ı yalanladı

Baxış sayı:
7354

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İrandakı Aypara cəmiyyəti vasitəsilə ölkədəki daşqın qurbanlarına kömək göstərəcəyinə dair iddialarını rədd edib.
 
Zərif sosial media hesabından paylaşdığı mesajında, seldən zərərçəkənlərə köməyə hazır olduqlarını bəyan edən ABŞ xarici işlər naziri Mayk Pompeo'ya təpki göstərib.
ABŞ sanksiyalarından ötəri xaricdən kömək ala bilmədiklərini deyən Zərif mesajında bunları qeyd edib:
"ABŞ-ın İrannın Aypara cəmiyyətinə pul köçürmə yolu ilə dəstəyə hazır olduğu xəbəri yalandır. İran Aypara cəmiyyətinin qeyri-qanuni ABŞ sanksiyaları səbəbiylə hər hansı bir yardım ala bilməməsi isə doğru xəbərdir. ABŞ iqtisadi terrorizm tətbiqini qəbul etməlidir".
Müxalifət.az