Səslərin sayılmasını dayandıran məntəqə sədri FETÖ-çu çıxdı

Baxış sayı:
5971

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün bəzi Rayon Seçki Komissiyası tərəfindən verilən yeni sayım qərarı CHP-ni vahiməyə salıb. CHP İstanbul Vilayət Seçki Komissiyasına müraciət edərək səslərin yenidən sayılmasının dayandırılması haqqında qərar verib. Bəlli olub ki, səslərin dayandırılmasına qərar verən Rayon Seçki Komissiyasının sədri Müberra Gürdal FETÖ hakimi Məmməd Gürdalın həyat yoldaşıdır. Və bu da seçki saxtakarlığının sadəcə sıradan bir xəta deyil, qlobal bir əməliyyatın nəticəsi olduğu fikrini yaradıb.
 
Hansı ki, İstanbulda Şile, Ataşehir, Fatih, Bayrampaşa, Beykoz və Çatalca kimi bəzi rayonlarda Rayon Seçki Komissiyaları səslərin yenidən sayılmasına və etibarsız səslərin yoxlanmasına dair qərar vermişdilər.
Müxalifət.az