Oğul atasını döyə-döyə öldürdü - Azərbaycanda
1-04-2019 13:34
Baxış sayı:
7894

Cəlilabadda qətl törədilib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.