Ankaradakı seçkilərdə saxtakarlıq olub - AKP İDDİA EDİR Kİ...
1-04-2019 08:44
Baxış sayı:
6970

AK Partiyanın baş katibi Fatih Şahin Ankarada səs verilən seçki məntəqələrinin bir çoxunda etibarsız səslər və qanunsuzluqlar təsbit etdiklərini bildirib.
Fatih Şahin Twitter hesabından etdiyi paylaşmada bunları qeyd edib:
"Ankarada səs verilən 12158 səsvermə qutusunun bir çoxunda etibarsız səslər ve saxtakarlıq aşkar etmişik. Qanuni haqlarımızı sonuna qədər tələb edəcək, Ankaralı seçicilərin iradəsinin oğurlanmasına izin verməyəcəyik".
Müxalifət.az