İcra başçısının maşını yolu qırmızıda keçdi - Video
31-03-2019 21:04
Baxış sayı:
3004

Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun 60 AA 001 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücüsü yolu qırmızı işıqda keçib.
Muxalifet.az xəbər verir ki, sözügedən anın görüntülərini rayon sakinlərindən biri qaynarinfo.az saytına təqdim edib.
Rayon sakini bildirib ki, hadisə martın 30-da baş verib. Rayonun ərazisindəki yol ayrıcında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, icra başçısının maşını hərəkəti davam etdirib və bu anlar sakinin avtomobilinə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.
Sözügedən anın görüntülərini təqdim edirik.