Azərbaycana 1,6 milyard ayrılıb
2-05-2015 08:54

Asiya İnkişaf Bankı Azərbaycanda 12 layihəyəni maliyyələşdirib
“Asiya İnkişaf Bankı Azərbaycanda 12 layihəyəni maliyyələşdirib. Bu layihələrə ümumilikdə 1,6 milyard dollar vəsait ayrılıb”.
Bunu iqtisadiyyat və saənaye naziri Şahin Mustafayev “Azərbaycan 2020-ci il: Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru" adlı forumda çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı, İKT və turizm sahəsində artım qeydə alınıb. Ş.Mustafayev qeyd edib ki, neftin qiymətinin dəyişməsinə baxmayaraq Ümum Daxili Məhsulda (ÜDM) artım müşahidə edilib.