"Qalatasaray" sabiq futbolçusunu qaytarır
18-01-2019 14:41
Baxış sayı:
7921
Transfer fəaliyyətini davam etdirən "Qalatasaray" növbəti keçidinə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, "sarı-qırmızılar" Çexiyanın "Sparta" klubunda çıxış edən Semih Kayanı rənglərinə bağlamağa yaxındır. Türkiyə millisinin üzvü danışıqlar üçün İstanbula gələcək.
Danışıqlar müsbət tamamlansa, "cim-bom" 27 yaşlı müdafiəçini mövsümün sonuna qədər icarəyə götürəcək.
Qeyd edək ki, Semih 2006/2017-ci illərdə "Qalatasaray"da çıxış edib.